Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Piriquliyeva Mətanət Səfər qızı vəzifəsindən azad olunub.
NOCOMMENT.az eramedia-ya istinadən xəbər verir ki, bununla bağlı məlumatı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidməti təsdiqləyib.
Qeyd edək ki, Pirquliyeva Mətanət Səfər qızı 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Aralıq kəndində anadan olub.
O, 2004-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sərəncamı ilə Sumqayıt Dövlət Texniki Kollecinin direktoru təyin edilmişdi.