AZ

Sumqayıt Texniki Kollecinin direktoru vəzifəsindən azad olundu

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Piriquliyeva Mətanət Səfər qızı vəzifəsindən azad olunub.

KONKRET.az eramedia-ya istinadən xəbər verir ki, bununla bağlı məlumatı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidməti təsdiqləyib.

Qeyd edək ki, Piriquliyeva Mətanət Səfər qızı 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Aralıq kəndində anadan olub.

2004-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sərəncamı ilə Sumqayıt Dövlət Texniki Kollecinin direktoru təyin edilmişdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
10
konkret.az

10Mənbələr