Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatında fasilə yaranacaq.
“Azəriqaz” İB Sumqayıt QİS-dən Busaat.az-a məlumata görə, qaz sızmasının aradan qaldırılması məqsədilə Sumqayıt şəhəri, 10-cu mikrorayonda aparılacaq təmir-bərpa işləri ilə əlaqədar ərazidəki 1000 abonentin qaz təchizatı 16:30-dan etibarən, müvəqqəti dayandırılacaq.
Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.