AZ

Ermənistan vətəndaşlarının məhkəməsində daha bir təqsirləndirilən şəxs son söz çıxışını yekunlaşdırıb

Bakı. Trend:

Dekabrın 25-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikasıvətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesitəqsirləndirilən şəxslərin son söz çıxışları ilə davametdirilir.

Trend xəbərverir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs LevonMnatsakanyan son söz çıxışını davam etdirib.

Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamlarlarazılaşmadığını bildirib və deyib: “Mənə qarşı irəli sürülmüşittihamların heç birində özümü günahkar hesab etmirəm”.

O, ibtidai istintaqda dediklərindən imtina etdiyini söyləyərək,məhkəmədən qərar qəbul edərkən yalnız məhkəmədə dediklərinin əsaskimi götürülməsini xahiş edib.

L.Mnatsakanyan fikirlərini sona qədər ifadə etməyə şəraityaratdığına görə məhkəməyə təşəkkür edib. Sonda o, üç gün ərzindəetdiyi çıxışı – 51 səhifəlik mətni məhkəmə protokollarına əlavəetmək üçün məhkəməyə təqdim edib.

Ardınca təqsirləndirilən şəxs Arkadi Qukasyan son söz çıxışınabaşlayıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.

Seçilən
6
31
az.trend.az

10Mənbələr