AZ

Mnatsakanyan son sözünü dedi


Dekabrın 25-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.
Yeniavaz.com
xəbər verir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyan son söz çıxışını davam etdirib.
Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını bildirib və deyib: “Mənə qarşı irəli sürülmüş ittihamların heç birində özümü günahkar hesab etmirəm”.
O, ibtidai istintaqda dediklərindən imtina etdiyini söyləyərək, məhkəmədən qərar qəbul edərkən yalnız məhkəmədə dediklərinin əsas kimi götürülməsini xahiş edib.
Levon Mnatsakanyan fikirlərini sona qədər ifadə etməyə şərait yaratdığına görə məhkəməyə təşəkkür edib. Sonda o, üç gün ərzində etdiyi çıxışı – 51 səhifəlik mətni məhkəmə protokollarına əlavə etmək üçün məhkəməyə təqdim edib.
Ardınca təqsirləndirilən şəxs Arkadi Qukasyan son söz çıxışına başlayıb.
Seçilən
10
31
yeniavaz.com

10Mənbələr