Rusiya məhkəməsi "Crocus City Hall" terror aktı işi üzrə təqsirləndirilən şəxslərin hamısının həbs müddətini uzadıb.
Azreform.info xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, bütün təqsirləndirilən şəxslərin məhkəməyəqədər həbs müddəti 2026-cı il aprelin 7-dək uzadılıb.
İş üzrə növbəti məhkəmə iclası 2026-cı il yanvarın 12-də keçiriləcək.
Ölkəni şoka salan hücum 2024-cü il martın 22-də baş verib. Silahlı cinayətkarlar binaya basqın edərək insanlara atəş açıb, auditoriyanı yandırıblar. İstintaq Komitəsi 149 nəfərin öldüyünü, bir nəfərin itkin düşdüyünü, 609 nəfərin yaralandığını bildirib. Hücum nəticəsində dəyən zərərin 6 milyard rubl olduğu bildirilib.