AZ

Azərbaycan-Aİ əməkdaşlığının təşviqi sahəsində müsbət dinamika müşahidə edilir - Rəsmi Bakı

“Qoşulmama Hərəkatı, D-8 təşkilatı, İƏT və digər beynəlxalq təşkilatlarda fəaliyyət uğurla davam edir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

“Azərbaycan D-8 təşkilatının yeni üzvü kimi bu platformada milli təşəbbüslər həyata keçirib, İƏT və üzv dövlətləri ilə əməkdaşlığın inkişafını davam etdirib”, - Ceyhun Bayramov qeyd edib.

Nazir bildirib ki, Azərbaycan D-8-in yeni üzvü kimi bu platformada milli təşəbbüslər reallaşdırıb.

“Azərbaycan və UNESCO arasında əməkdaşlıq davam etdirilib. Azərbaycan və Aİ arasında əməkdaşlığın təşviqi sahəsində müsbət dinamika müşahidə edilir. Azərbaycan və Aİ arasında yeni tərəfdaşlıq prioritetlər üzrə danışıqlara başlanması üzrə razılıq mövcuddur, yeni Sazişin imzalanması üçüm danışıqların bərpası üçün də razılıq var”, - nazir əlavə edib.

Seçilən
19
7
aznews.az

10Mənbələr