Azərbaycanın milli maraqları tələb edərsə, Ermənistana səfər edə bilərəm.
NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında APA-nın sualına cavab olaraq deyib.
Nazir XİN-in “qara siyahı”sı ilə bağlı mövcud vəziyyətə də aydınlıq gətitib. Ceyhun Bayramov qeyd edib ki, Azərbaycandan rəsmi şəkildə üzrxahlıq etməyən şəxslər “qara siyahı”dan çıxarılmır: “Beynəlxalq praktikada da olub ki, hansısa rəsmi şəxslər qara siyahısında olduqları ölkədən üzr istəyərək bu siyahıdan çıxıblar. Azərbaycanda da bu praktika olub. Lakin, son 30 ildə dövlətimizi təhdid edən və qeyri-dost bəyanatlar verən 2000-ə qədər şəxs “qara siyahı”ya salınıb. Rəsmi olaraq dövlətimizdən üzr istəməyən və günahını etiraf erməyən şəxslər bu siyahıda çıxarılmır”.