Olaylar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 2 dərəcədən 4 dərəcəyədək, gündüz 5 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunu, nisbi rütubət 80-85% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək, gündüz 5 dərəcədən 8 dərəcəyədək, dağlarda gecə 6 dərəcədən 11 dərəcəyədək, gündüz 0 dərəcədən 5 dərəcəyədək şaxta olacaq.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.