AZ

Biləsuvarda toy karvanında ağır yol qəzası baş verib, ölənlər var

Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanlar var.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, toy karvanında hərəkətdə olan "Lexsus" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. O da qeyd olunur ki nəqliyyat vasitəsinə 6 nəfər qadın olub.
Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparılır.

Seçilən
72
2
apa.az

10Mənbələr