AZ

Naxçıvanda avtomobil yolları qardan təmizlənir

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Naxçıvan, 29 dekabr, AZƏRTAC

Naxçıvanda respublika və yerli əhəmiyyətli avtomobil yolları qardan təmizlənir.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, muxtar respublikanın avtomobil yollarında qardan təmizləmə işləri gücləndirilmiş iş rejimində davam etdirilir. Yolların daim açıq saxlanması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün texnikalar və canlı qüvvə səfərbər olunub.

Hazırda yollarda qar təmizləmə və qum-duz səpilməsi işləri intensiv aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
18
azertag.az

10Mənbələr