AZ

Zelenski Putinlə telefon danışığına hazırlaşır “Fox News”

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-ın “Fox News” telekanalının məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tuta bilər.Bizim.Media xəbər verir ki, mümkün telefon əlaqəsi ABŞ prezidenti Donald Trampın Zelenski ilə apardığı son təmaslardan sonra gündəmə gəlib. Mənbələrin iddiasına görə, bu danışıq reallaşarsa, Zelenski və Putin arasında son bir neçə ildə ilk birbaşa əlaqə olacaq.“Fox News” qeyd edir ki, telefon danışığı ehtimalı müharibənin dayandırılması və sülh danışıqları ilə bağlı diplomatik səylər çərçivəsində müzakirə olunur. Lakin tərəflərdən heç biri hələlik bu məlumatı rəsmi şəkildə təsdiqləməyib.

 

Xatırladaq ki, Ukrayna ilə Rusiya arasında münasibətlər 2022-ci ildən etibarən tamamilə kəsilib və dövlət başçıları arasında birbaşa dialoq baş tutmayıb.

Məsələ ilə bağlı rəsmi Kiyev və Moskvanın mövqeyi gözlənilir.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
21
bizim.media

10Mənbələr