AZ

KİV: Putin və Zelenski arasında 5 ildən sonra ilk telefon danışığı baş tuta bilər

ABŞ və Ukrayna Prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında aparılan danışıqlar, beş ildən artıq müddətdən sonra Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında ilk telefon danışığının baş tutmasına katalizator ola bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Fox News” müzakirələrin gedişi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna və Rusiya liderləri arasında birbaşa danışıqların təşkili Tramp üçün “diplomatik qələbə” ola bilər.

Putin və Zelenski arasında son telefon danışığı 26 iyul 2020-ci ildə baş tutub. Kremlin məlumatına görə, söhbət Ukrayna tərəfinin təşəbbüsü ilə keçirilib və onun gedişində liderlər “Ukraynadaxili böhranın nizamlanmasının müxtəlif aspektlərini ətraflı müzakirə ediblər”.

Seçilən
17
26
operativmm.az

10Mənbələr