Bir neçə gün öncə Elmar Baxşıyevlə yolları ayıran “Araz-Naxçıvan”ın yeni baş məşqçisinin kimliyi ilə bağlı müxtəlif iddialar səslənir.

Klubdan Offsideplus.az saytının sorğusuna cavab olaraq bildirilib ki, axtarışlar davam edir: “Hələ seçim olmayıb. Qərar veriləndə ictimaiyyətə açıqlanacaq. Yəqin ki, təyinat bayramdan sonra olacaq” - deyə məlumatda bildirilib.

Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda 16 turdan sonra 26 xalla turnir cədvəlində 6-cı yerdədir. Naxçıvan komandası növbəti oyununu yanvarın 23-də "İmişli"yə qarşı keçirəcək.