AZ

AzTV də “100 il” adlı qısametrajlı sənədli film yayımlandı VİDEO FOTO

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzTV-də "100 il" adlı qısametrajlı sənədli film yayımlanıb. 

Ekran işi Azərbaycanda radio və televiziya yayımının tarixi inkişaf yoluna həsr olunub. Filmdə milli medianın formalaşması, müxtəlif ictimai-siyasi mərhələlərdən keçərək bu günədək gəlib çatması, həmçinin radio və televiziyanın informasiya, maarifçilik və mədəni irsin qorunmasındakı rolu əks etdirilib. 

Layihə 2026-cı ildə qeyd olunacaq iki əlamətdar tarix - Azərbaycan radiosunun 100, televiziya yayımının isə 70 illiyi münasibətilə hazırlanıb.

Qeyd edək ki, film "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin təşəbbüsü ilə ərsəyə gəlib və yubiley ilinə hazırlıq çərçivəsində təqdim olunan ilk sənədli filmdir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
50
news.milli.az

10Mənbələr