AZ

Dövlət Agentliyinin Müşahidə Şurası üzvlərinin sayı azaldılıb

Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası üzvlərinin sayı azaldılıb.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi fərman və sərəncamlarda dəyişiklik edib.

Dəyişikliklə Müşahidə Şurasının üzvlərinin sayı 11-dən 7-yə endirilib. Həmçinin Müşahidə Şurasının 4 üzvü (bundan əvvəl 8) vətəndaş cəmiyyəti institutlarının, digər 3 üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin ediəcək.

Dəyişikliklə Agentliyin fəaliyyətinə üç üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
2
mia.az

10Mənbələr