Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, Elxan İbrahimov bu ilin noyabr ayının 12-də Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu.
43 yaşlı Elxan İbrahimov bundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.