AZ

İcra başçısı niyə 47 gündən sonra işdən çıxarıldı? - İDDİA

Elxan İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 47 gün sonra işdən çıxarılıb.

Modern.az xəbər verir ki, onun işdən çıxarılma səbəbi ilə bağlı yeni iddia yayılıb.

Belə ki, E.İbrahimovun özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edildiyi bildirilir. Bu barədə "unikal" saytı yayıb.

Onun Nəsimi rayonunda yerləşən iri şirkətlərdən 100-200 min manat pul yığdığı məlum olub.

Qeyd edək ki, bir neçə gün əvvəl E.İbrahimovun yeni təyin etdiyi köməkçisi Ceyhun İsmayılov da elə məhz bu məsələyə görə işdən çıxarılıb.

Seçilən
15
10
modern.az

10Mənbələr