Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib.
"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.
Kənd sakinləri, 1965-ci il təvəllüdlü S.Həmidova, 1990-cı il təvəllüdlü M.Əhmədova və 2011-ci il təvəllüdlü N.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Onların balıq yedikdən sonra özlərini pis hiss etdiyi bildirilir.
Zərərçəkənlərin vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır./Report
Telegram kanalımız