Xəbər verdiyimiz kimi, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 47 gün sonra işdən çıxarılıb.
"Cebheinfo.az" xəbər verir ki, E.İbrahimov özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edilib.
Onun Nəsimi rayonunda yerləşən iri şirkətlərdən 100-200 min manat pul yığdığı məlum olub.
Qeyd edək ki, bir neçə gün əvvəl E.İbrahimovun yeni təyin etdiyi köməkçisi Ceyhun İsmayılov da elə məhz bu məsələyə görə işdən çıxarılıb.(Unikal)
"Cebheinfo.az"