Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla özbəkistanlı həmkarı Baxtiyor Saidov arasında telefon danışığı aparılıb...
Poliqon xəbər verir ki, bu barədə Azərbyacan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.
Nazirlər cari ildə olduğu kimi, növbəti ildə də ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında mövcud çoxşaxəli əməkdaşlığın daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduqlarını bildiriblər.
Bununla yanaşı, digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər qarşıdan gələn Yeni il bayramı münasibətilə səmimi təbriklərini çatdırıblar.
***
Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov telefon danışığı aparıblar.
"Report" xəbər verir ki, bu barədə Baxtiyor Saidov öz teleqram kanalında bildirib.
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla səmimi və məhsuldar telefon danışığı apardıq. 2025-ci ildə Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dinamik inkişafını böyük məmnuniyyətlə qeyd etdik. Əldə olunmuş razılaşmaların icrasına birgə sadiqliyimizi təsdiqlədik", – o yazıb.
Saidov həmçinin qeyd edib ki, tərəflər bütün istiqamətlər üzrə əməkdaşlığın daha da gücləndirilməsinə və qarşılıqlı dəstəyə hazır olduqlarını bildiriblər.
Poliqon.info