Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov özbəkistanlı həmkarı Baxtiyor Saidovla telefon danışığı aparıb.Bu barədə Azərbyacan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.
Nazirlər iki ölkə arasında mövcud çoxşaxəli əməkdaşlığın daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduqlarını bildirib,qarşıdan gələn Yeni il bayramı münasibətilə səmimi təbriklərini çatdırıblar.