AZ

Trampın Netanyahu ilə türk ordusunun Qəzzada xidmət aparması da daxil bir neçə məsələni müzakirə edib

ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüşdə müzakirə olunan beş əsas mövzudan biri Türk ordusunun Qəzzada xidmət aparması ilə bağlı olub.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə ABŞ prezidenti görüşdən əvvəl keçirdiyi mətbuat konfransında bildirib.

“Benyamin Netanyahu ilə bu mövzunu da müzakirə edəcəyik. Türkiyə haqqında danışacağıq. Türkiyə bizim üçün çox yaxşı bir müttəfiqdir. Ərdoğanla görüşəcəyəm, onunla çox yaxşı münasibətim var”, - Tramp qeyd edib.

Digər tərəfdən, Tramp Qəzzada sülh planının çox yaxın zamanda həyata keçiriləcəyini, lakin bundan əvvəl HAMAS-ın silahı yerə qoymalı olduğunu vurğulayaraq, Qəzzanın yenidən qurulmasına tezliklə başlanacağını deyib.

Seçilən
20
50
apa.az

10Mənbələr