AZ

Paytaxtın mərkəzi hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Yanvarın 2-də, saat 10:00-dan Bakının Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçələrinin kəsişməsindən Heydər Əliyev prospektinin başlanğıcına qədərki hissədə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

"Yol bağlanmır. Hərəkətin məhdudlaşdırılması işlər bitənə qədər, qısa müddət ərzində qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifafə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.


Telegram kanalımız
Seçilən
74
11
yenisabah.az

10Mənbələr