Kreml Vladimir Putinin iqamətgahına irimiqyaslı dron hücumunun olmadığına dair iddiaları rədd edib.
"Yeni Sabah" xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi bildirib.
"Zelenski bunu inkar etməyə çalışır və bir çox Qərb mediası Kiyev rejimi ilə əlbir olaraq, bunun baş vermədiyi haqda xəbərlər yaymağa başlayır. Amma bu, tamamilə ağılsız iddiadır.
Bu, hava hücumundan müdafiə sisteminin yaxşı əlaqələndirilmiş işi sayəsində vurularaq zərərsizləşdirilən kütləvi pilotsuz təyyarə hücumu idi. Dağıntılara gəlincə, bunu deyə bilmərəm. Bu, daha çox hərbçilərimizin işidir", - o vurğulayıb.
Bir gün əvvəl Rusiya Müdafiə Nazirliyi Ukraynanın dekabrın 28-dən 29-dək Rusiya prezidentinin Novqorod vilayətindəki iqamətgahına hücum etmək üçün 91 PUA-dan istifadə edildiyini açıqlayıb.
"İqamətgaha hücum cəhdinin məqsədi Ukrayna üzrə danışıqlar prosesini pozmaq, terror aktıdır", - prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
Xatırladaq ki, ilk dəfə Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 29-na keçən gecə Novqorod vilayətində prezident iqamətgahına pilotsuz təyyarə ilə hücum edildiyini açıqlamışdı. Buna görə də Rusiyanın Ukrayna nizamlanması ilə bağlı danışıqlarda mövqeyinə yenidən baxılacaq.
Telegram kanalımız