AZ

Braziliya yığmasının sabiq hücumçusu A Seriyasında klubunu dəyişə bilər

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Braziliya yığmasının sabiq hücumçusu, hazırda "Atletiko Mineyro"nun formasını geyinən Halk A Seriyasında klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, 39 yaşlı forvardın transferində "Botafoqo" maraqlıdır.

Artıq tərəflər arasında danışıqlara start verilib. Halkın "Atletiko Minyero" ilə müqaviləsinin müddəti 2026-cı ilin qışına qədər nəzərdə tutulub.

Qeyd edək ki, hücumçu bu mövsüm meydana çıxdığı 61 oyunda 21 qola, 8 məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" portalı futbolçunu 1,2 milyon avro dəyərində qiymətləndirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
70
50
sport24.az

10Mənbələr