AZ

2026-cı il üçün ehtiyac meyarının həddi 15 manat artırılıb

Bakı. Trend:

2026-cı il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilib.

Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi“Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddihaqqında” Qanunda öz əksini tapıb.

Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsiməqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi300 manat məbləğində təsdiq edilib.

Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardımının təyinedilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi285 manat məbləğində təsdiq edilib.

Bu o deməkdir ki, 2026-cı il üçün ehtiyac meyarı həddi15 manat, yəni təxminən 5,26 %artırılıb.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.

Seçilən
35
49
az.trend.az

10Mənbələr