Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunda (AFCON 2025) qrup mərhələsinə yekun vurulmaq üzrədir. Artıq pley-off mərhələsində titul uğrunda mübarizəni davam etdirəcək komandaların adları məlum olub.
QOL.az xəbər verir ki, qrup mərhələsini ilk iki pillədə tamamlayan komandalar və qruplarında ən yaxşı nəticə göstərən 4 üçüncü yer sahibi növbəti mərhələyə yüksəlib. Ümumilikdə 16 komanda 1/8 finala vəsiqə qazanıb.
Pley-off iştirakçılarının tam siyahısını təqdim edirik:
- Misir
- Nigeriya
- Əlcəzair
- Cənubi Afrika Respublikası (CAR)
- Mərakeş (Ev sahibi)
- Mali
- Tunis
- Tanzaniya
- Seneqal
- Konqo DR
- Benin
- Burkina Faso
- Sudan
- Kot-d'İvuar (Son çempion)
- Kamerun
- Mozambik
Xatırladaq ki, 35-ci Afrika Millətlər Kuboku 2025-ci il dekabrın 21-dən Mərakeşdə start götürüb. Turnirin final qarşılaşması yanvarın 18-də, bazar günü keçiriləcək.