AZ

Meksika sahillərində 6,5 maqnitudada zəlzələ olub

Meksikanın cənub-qərbindəki Herrero ştatında 6,5 ​​maqnitudada zəlzələ qeydə alınıb.

"Report"un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Məlumata görə, zəlzələnin episentri 187 min nəfərin yaşadığı Çilpansinqo şəhərindən 42 kilometr cənub-şərqdə, ocağı 42 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir.

Seçilən
125
19
far.az

10Mənbələr