AZ

Paskal Qros yenidən Brayton formasını geyinəcək RƏSMİ

ain.az bildirir, Fanat portalına istinadən.

Təcrübəli yarımmüdafiəçi Paskal Qros 16 aylıq fasilədən sonra yenidən İngiltərə Premyer Liqasına geri dönüb.

Fanat.Az xəbər verir ki, almaniyalı futbolçu "Borussiya Dortmund"dan köhnə klubu "Brayton"a transfer olunub.

Klubun mətbuat xidməti "qağayı" ləqəbli komandaya geri dönən ulduzun keçidini rəsmən elan edib.

Bu mövsüm Dortmund təmsilçisinin heyətində 16 matçda 2 asistlə yadda qalan futbolçunun transfer dəyəri 3.5 milyon avro olaraq qiymətləndirilir.

Onun gəlişi ilə "Brayton"un yarımmüdafiə xəttinin daha da güclənəcəyi proqnozlaşdırılır.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
41
fanat.az

10Mənbələr