AZ

ABŞ bunun üçün Polşaya 500 milyon dollar ayıracaq

ABŞ Polşadakı hərbi bazalarda infrastrukturun inkişafı üçün 500 milyon dollar ayıracaq.

Paralel.az xəbər verir ki , bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"ABŞ hökuməti Polşadakı dörd bazaya – Dravsko-Pomorskiye, Povidze, Vrotslav və Lask üçün 500 milyon dollardan çox investisiya planını təsdiqləyib", - paylaşımda bildirilir.

Polşa hakimiyyəti 2035-ci ilə qədər ölkədəki ABŞ hərbi obyektlərinə ildə 250 milyon dollar xərcləməyi öhdəsinə götürüb.

Hazırda Polşada 10 mindən çox ABŞ hərbçisi yerləşdirilib. ABŞ 2022-ci ilin fevralında ölkədəki hərbi kontingentinin sayını iki dəfə artırıb. Əvvəllər onların sayı 5 000 nəfər idi.

Seçilən
66
50
paralel.az

10Mənbələr