AZ

Bu təyyarənin qara qutusu Britaniyada təhlil ediləcək

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

General Məhəmməd əl-Həddadı daşıyan təyyarənin qara qutusunun Britaniyada təhlil edilməsi barədə razılıq əldə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Liviyanın nəqliyyat naziri Məhəmməd əl-Şaubi deyib.

Nazir bildirib ki, əvvəllər qara qutunun Almaniyada Fransanın iştirakı ilə müayinəsi təklif edilib. Lakin, Çikaqo konvensiyasına görə qara qutu neytral dövlətdə təhlil edilməlidir.

Qeyd edək ki, ötən ay Ankarada baş verən təyyarə qəzasında Liviyanın baş qərargah rəisi general Məhəmməd əl-Həddad da daxil olmaqla 10 nəfər həyatını itirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
92
16
bakivaxti.az

10Mənbələr