AZ

Çin Maduroya azadlıq İSTƏYİR

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Çin ABŞ-nı Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşını dərhal azad etməyə çağırıb.

“Cebheinfo.az” xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü bazar günü “Sinxua” agentliyinə müvafiq bəyanatı göndərib. 

Çin Maduro və həyat yoldaşının ABŞ tərəfindən zorla ələ keçirilməsi və ölkədən çıxarılması ilə bağlı ciddi narahatlığını bildirib:

“ABŞ-nin hərəkətləri beynəlxalq hüququn, beynəlxalq münasibətlərin fundamental normalarının və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin açıq şəkildə pozulmasıdır”.

Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Çin ABŞ-ni Maduro və həyat yoldaşının şəxsi təhlükəsizliyini təmin etməyə, onları dərhal azad etməyə, Venesuela hökumətinin devrilməsini dayandırmağa və məsələləri dialoq və danışıqlar yolu ilə həll etməyə çağırıb.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
105
50
cebheinfo.az

10Mənbələr