Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, Papanin ərazisində, kafe yaxınlığında təcili yardım maşını ilə motosiklet toqquşub. Nəticədə motosikletin kuryer işləyən sürücüsü hadisə yerində ölüb.
Qeyd edək ki, hadisə yanvarın 3-də baş verib. Ölən şəxsin 10 aylıq bir qız övladı var.