525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Nigeriyada silahlı dəstə üzvləri Niger əyalətində bazara hücum ediblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 30-dan çox insan həyatını itirib, onlarla şəxs yaralanıb.
Həmçinin çox sayda insanın qaçırıldığı hücumda silahlı dəstə üzvləri bazardan ərzaq məhsullarını qarət ediblər.
Qeyd edək ki, Nigeriyada əhali uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin “Boko Haram” və İŞİD-in Qərbi Afrika qolu ISWAP kimi terror təşkilatlarının hücumları ilə üzləşir.
İbrahim Cəfərov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.