ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə telefon danışığı aparıb.
Reyting.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi məlumat yayıb.
Məlumata görə, telefon danışığında ikitərəfli münasibətlərin vəziyyəti, regional və beynəlxalq məsələlər müzakirə edilib.
Ərdoğan qeyd edib ki, Türkiyə Somali və Yəməndəki hadisələri diqqətlə izləyir. Türkiyə lideri regional sabitlik üçün hər iki ölkənin ərazi bütövlüyünün qorunmasının vacib olduğunu vurğulayıb.
E. KAMAL
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.