ABŞ Prezidenti Donald Tramp narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində Kolumbiyada hərbi əməliyyatın mümkünlüyünü istisna etməyib.
Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Milad və Yeni il tətillərini Mar-a-Laqo iqamətgahında keçirdiyi Vest-Palm-Biçdən Vaşinqtona gedən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Onu kokain istehsal etməyi və ABŞ-a satmağı sevən xəstə adam idarə edir. O, bunu uzun müddət etməyəcək – bunu sizə mən deyirəm", - Tramp bildirib.
ABŞ-nin Kolumbiyada hərbi əməliyyatın mümkünlüyünü nəzərdən keçirib-keçirmədiyi barədə suala Tramp "bu, yaxşı səslənir" cavabını verib.
ABŞ lideri, eyni zamanda Kuba hakimiyyəti barədə də açıqlama verib. Onun sözlərinə görə, onlar gəlir çatışmazlığı səbəbindən çökməyə yaxındır.