"Bayern Münhen" klubunun idman direktoru Kristof Froynd fransalı müdafiəçi Dayo Upamekanonun gələcəyi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, o, 27 yaşlı futbolçu ilə müqavilə uzatmağa yaxın olduqlarını bildirib:

"Son qərar verilməyib, ancaq biz çox irəliləmişik.

Bu onun üçün çox vacib müqavilədir".

Yeni sözləşmənin müddətinin 2030-cu ilə qədər olacağı gözlənilir.

Qeyd edək ki, Upamecano ilə "Real Madrid" də yaxından maraqlanırdı. Lakin o, hazırda Münhen klubunda qalmağa daha yaxındır.