AZ

Maduronun həbsinə etiraz edib Trampın üzünə deyən amerikalı müsəlman

Nyu-York şəhərindən olan siyasi xadim Zohran Mamdani ABŞ prezidenti Donald Trampla birbaşa telefon danışığı apardığını açıqlayaraq, Venesuela lideri Nikolas Maduronun ABŞ xüsusi əməliyyatı nəticəsində saxlanılmasına açıq şəkildə etiraz etdiyini bildirib.

Musavat.com xəbər verir ki, Mamdani çıxışında Trampa bu addımı düzgün hesab etmədiyini birbaşa ifadə etdiyini deyib. Onun sözlərinə görə, Maduronun hərbi yolla tutulması və ABŞ ərazisinə aparılması beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır və bu, suveren dövlətə qarşı "rejim dəyişikliyi cəhdi" kimi dəyərləndirilməlidir.

O vurğulayıb ki, bu addım təkcə Venesuela üçün deyil, bütövlükdə beynəlxalq mühit üçün təhlükəli presedent yaradır. Mamdaninin fikrincə, dövlət başçılarının hərbi əməliyyatla ələ keçirilməsi qlobal sabitliyə zərbə vurur və gələcəkdə oxşar müdaxilələrə yol aça bilər.

Mamdani xüsusilə Nyu-Yorkda yaşayan minlərlə venesuelalının hadisədən ciddi narahatlıq keçirdiyini qeyd edib. O bildirib ki, şəhərdəki bu icmanın narahatlığını Ağ Evə çatdırmağı öz vəzifəsi hesab edib və bu səbəbdən ABŞ prezidenti ilə birbaşa əlaqə saxlayıb.

Sonda Mamdani ABŞ-ın beynəlxalq hüquqa, diplomatik mexanizmlərə və siyasi dialoqa üstünlük verməli olduğunu, hərbi gücün əsas alətə çevrilməsinin yolverilməzliyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
50
olaylar.az

10Mənbələr