Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Nikolas Maduronun devrilməsindən sonra Vaşinqtonun qarşısında ölkədəki vəziyyəti sabitləşdirmək vəzifəsi dayanıb.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.
Qəzetdə bildirilib ki, ABŞ Dövlət katibi Marko Rubioya həvalə edilən qərarların və məsuliyyətin həcmi həddindən artıq artdığı üçün ABŞ Venesuelaya ayrıca xüsusi nümayəndə təyin edə bilər.
Qəzetin mənbələrinə görə, Rubio Venesuela Prezidenti Nikolas Maduronun devrilməsi əməliyyatında əsas rol oynayıb. Lakin Donald Tramp administrasiyası 29 milyon əhalisi olan bir ölkəni effektiv şəkildə idarə etmək kimi daha mürəkkəb bir vəzifə ilə üzləşib.
Burada söhbət energetika, sanksiyalar, seçkilər, təhlükəsizlik və neft aktivlərinə nəzarət sahələrində qərarların qəbulundan gedir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.