AZ

Qızıl və gümüş bahalaşdı

Qızıl və digər qiymətli metalların qiymətləri ABŞ-nin həftəsonu Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirməsindən sonra artıb.

Bakıvaxtı.az xəbər verir ki, geosiyasi gərginliyin kəskinləşməsi fonunda investorların “təhlükəsiz sığınacaq” aktivlərinə tələbi yüksəlib.

Belə ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 1.99% artaraq 4416 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 5.90% bahalaşaraq 75.20 ABŞ dolları təşkil edib.

Seçilən
108
50
bakivaxti.az

10Mənbələr