AZ

Medvedev “Maduro əməliyyatının” Ukraynada da təkrarlana biləcəyini iddia etdi -ciddi səbəblər var...


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın Venesuelada həyata keçirdiyi hərbi əməliyyata bənzər bir əməliyyatın Ukraynada da təkrarlana biləcəyini bildirib.

O, bunun üçün "daha çox səbəb" olduğunu iddia edib.

"Ukraynada qanuni hökumət və prezident yoxdur; onların vəzifədən kənarlaşdırılması çox yaxın gələcəyin məsələsidir. Hadisələri əvvəlcədən dəyərləndirməyək, amma hər şey mümkündür"- deyə Medvedev TASS-a verdiyi açıqlamasında bildirib.

Medvedev ABŞ-ın Nikolas Maduronu ələ keçirməsinin "presedent" yaratdığını bildirib və bunun Ukraynaya da tətbiq oluna biləcəyini iddia edib: "Bu dəfə səbəblər daha böyükdür".

TAHİR

Seçilən
65
46
baki-xeber.com

10Mənbələr