AZ

Yanvarın 3–4-də polis 48 cinayəti açıb, 39 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, yanvarın 3–4-də ölkə üzrə 43, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.

Ümumilikdə 8 nəfər, o cümlədən borclu şəxslərdən 3 nəfər axtarışda saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə bağlı 13, qanunsuz silah-sursatın aşkarlanması ilə bağlı 13 fakt qeydə alınıb. Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Aytac 

Seçilən
91
50
anews.az

10Mənbələr