Venesuela prezidenti Nikolas Maduronun ictimai rəqsi və müxtəlif laqeyd davranışları ABŞ-ı onu qaçırmağa təhrik etmiş ola bilər.
Herbiand.az bildirir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadən xəbər verib.
“Maduronun son həftələrdə müntəzəm ictimai rəqsləri və digər laqeyd hərəkətləri Trampın komandasının bəzi üzvlərini Venesuela prezidentinin onları ələ saldığına inandırmağa kömək edib”, - nəşr bildirib.
Qəzet qeyd edib ki, bu, Bolivar Respublikasının lideri üçün “həddindən artıq rəqs nümunəsi” idi.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuela prezidenti Nikolas Maduroya qarşı əməliyyat həyata keçirib və onu həyat yoldaşı ilə birlikdə tutaraq ölkədən çıxarıb. Onlar hazırda ABŞ ərazisindədir və bir neçə cinayət işi üzrə ittiham olunurlar.
Bəxtiyar CƏFƏRLİ