ABŞ-də ictimai rəy Trampın təşəbbüsünün ölkəyə faydalı və ya zərərli olacağı məsələsində parçalanıb...
Poliqon xəbər verir ki, YouGov tərəfindən keçirilmiş sorğunun nəticələrinə görə, ABŞ vətəndaşları Venesuelaya mümkün hərbi müdaxilənin təsirini qiymətləndirməkdə birmənalı fikirə malik deyillər. Respondentlərin 34%-i hesab edir ki, ABŞ əməliyyatı Venesuelada vəziyyəti yaxşılaşdıracaq, 35%-i isə bu addımın ölkəyə mənfi təsir göstərəcəyini düşünür.
Sorğuda iştirak edən demokratların 54%-i Trampın təşəbbüsünün Venesueladakı vəziyyətə neqativ təsir göstərəcəyinə əmin olduqlarını bildiriblər. Əksinə, respublikaçıların 66%-i əməliyyatın faydalı olacağına inanır.
Ekspertlər vurğulayırlar ki, bu fərqlilik ABŞ daxilində həm partiya siyasətinin, həm də ABŞ-nn Latın Amerikası siyasətinə yanaşmanın nə qədər kəskin şəkildə fərqləndiyini göstərir.
Analitiklər həmçinin qeyd edirlər ki, belə fikir parçalanması gələcəkdə ABŞ-nin xarici siyasətində qərarların qəbuluna və Venesueladakı vəziyyətin inkişafına təsir edə bilər.
Poliqon.info