AZ

Sabah Bakıda duman və buz təhlükəsi – Meteoroloqlar xəbərdarlıq edir

Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu, arabir tutulacaq və əsasən yağmursuz keçəcək.

"Yeni Sabah" xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4° isti, gündüz isə 9-12° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək.

Azərbaycanın digər rayonlarında əsasən yağmursuz hava, bəzi yerlərdə arabir duman gözlənilir. Mülayim qərb küləyi əsəcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var. Havanın temperaturu rayonlara görə gecə 2° şaxtadan 13° şaxtaya, gündüz isə 2°-dən 16°-dək isti olacaq.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda gecə 8-13° şaxta, gündüz isə 2° şaxtadan 3°-dək isti gözlənilir. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam və Daşkəsən-Gədəbəy, Göygöldə gecə 2-6° şaxta, gündüz 7-12° isti olacaq. Şərqi Zəngəzur rayonlarında gecə 2-7° şaxta, gündüz 7-12° isti, Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda gecə 0-5° isti, gündüz 10-15° isti müşahidə olunacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti olacaq. Dağlıq ərazilərdə gecə 3° şaxtadan 2°-dək isti, gündüz isə 7-12° isti gözlənilir. Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda gecə 1-3° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-5° isti, gündüz 9-14° isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə buz bağlaması ehtimalı var.


Telegram kanalımız
Seçilən
60
49
yenisabah.az

10Mənbələr