AZ

Türkiyənin dəri ixracı 1 milyard dolları keçib (ÖZƏL)

BAKI,TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azalaraq, 1 milyard 445 milyon 58 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Keçən ilin dekabr ayında Türkiyə 100 milyon 440 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 8,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 1 milyard 445 milyon 58 min dollar məbləğində dəri ixrac edib.

Seçilən
88
8
turkic.world

10Mənbələr