AZ

Rusiya ABŞ-ni Nikolas Maduronu azad etməyəÇAĞIRDI

"Rusiya ABŞ-nin Venesuelaya qarşı beynəlxalq təcavüz aktını pisləyir".

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya Təhlükəsizlik Şurasının iclasında deyib.

Nebenzyanın sözlərinə görə, ABŞ-ın Karakasda etdiklərinə heç cür haqq qazandırmaq mümkün deyil.

O qeyd edib ki, "Rusiya ABŞ-ı Venesuelanın seçilmiş prezidenti Nikolas Maduronu azad etməyə çağırır".

"Rusiya ümid edir ki, Amerikanın bu hərəkətləri digər ölkələr tərəfindən obyektiv qiymətləndiriləcək", - daimi nümayəndə əlavə edib.

Seçilən
104
8
redaktor.az

10Mənbələr