AZ

Pezeşkian tənqidlərə Azərbaycan atalar sözü ilə cavab verdi

İran Prezidenti Məsud Pezeşkian “İslam Şuralarının Mövqeyi və Xalqın Konstitusiyada İştirakı” mövzusunda keçirilən konfransda çıxış edib. 

Missiya.Az xəbər verir ki, siyasətçi çıxışızamanı ona ünvanlanan tənqidlərə münasibət bildirib.

O qeyd edib ki, tənqidlərə qulaq asıb və onları dinləyib, lakin indi özünün danışmaq vaxtıdır:

“Siz danışdınız, tənqid etdiniz, mən də qulaq asdım. Ancaq mən tənqid etməyə başlayanda, siz də qulaq asın. Dediklərimə üzünü turşutmaq lazım deyil", - deyə siyasətçi vurğulayıb.

Pezeşkian çıxışının davamında onu tənqid edənlərə Azərbaycan dilində atalar sözü ilə cavab verib:

“Adını qoydum Rəşid - birini de, birini eşit”.

Daşqın HəsənovMissiya.Az

Seçilən
46
8
missiya.az

10Mənbələr