Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində 1200 abonentin qaz təchizatında fasilə olacaq.
Moderator.az bildirir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS məlumat yayıb.
Bildirilib ki, bu gün qəsəbədə diametri 89 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.
Bu səbəbdən, qəsəbədəki 1200 abonentin qaz təchizatı saat 13:30-dan etibarən müvəqqəti dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.